BANK

24 Dekabr

Satın alınan valyuta 30 faizlik vergiyə cəlb ediləcək

Yeni prezident Alberto Fernandes tərəfindən formalaşdırılmış Argentina hökumətinin hazırladığı qanun layihəsinə əsasən, xarici valyuta, o cümlədən ABŞ dolları almağa görə 30 faizlik vergi tətbiq ediləcək. Layihədə göstərilib ki, vergi şəxsi əmanətlər, eləcə də xaricdə mal və xidmətlər üçün alınan, həmçinin turizm səfəlrəri zamanı alınan valyutaya tətbiq olunmayacaq. Bu verginin beş il qüvvədə qalması nəzərdə tutulur. Təhsil, elmi fəaliyyət, tibb xidmətləri üçün xərclər, həmçinin dərman və kitab almaq üçün xərclər vergidən azad ediləcək.

Bu vergidən əldə ediləcək vəsaitin 70 faizdən çoxunu hökumət sosial ehtiyaclara yönəltməyi planlaşdırır. Qalan 30 faiz isə infrastruktur layihələrinin maliyyələşdirilməsinə, eləcə də daxili turizmin inkişaf etdirilməsinə xərclənəcək. Hazırda Argentinada hər bir fiziki şəxs bir ay ərzində 200 dollar həcmində xarici valyuta ala bilər.