BANK

24 Dekabr

“Premium Bank”da - YENİ TƏYİNAT

“Premium Bank” ASC-nin (Əvvəlki Bank Silk Way) yeni İnsan resurslar (HR) şöbəsinin müdiri təyin edilib.

Fins.az Banker.az-a istinadən xəbər verir ki, yeni HR şöbəsinin müdiri Pərvanə Hacıyevadır.

Pərvanə Hacıyeva 2017-ci ildən bu bankın şöbəsinə təyin edilmişdir. O, buna qədər isə ləğv edilən QSC “Bank Standard”ın Maliyyə departamentində şöbə müdiri kimi çalışmışdır.

Hacıyeva “Premium Bank”da vəzifəsinin icrasına bu aydan başlayaraq başlayıb.

Xatırladaq ki, Premium Bank-ın strukturuna əsasən İnsan resursları şöbəsi heç bir departamentə daxil deyil, müstəqil olaraq birbaşa İdarə Heyətinə tabedir.