Bank inzibatçısı Ramal Əhmədov bank işinə aid bütün sahələri əhatə edən tədris tipli testlər toplusunu və cavab kartını hazırlayıb.
Ramal Əhmədov bildirib ki, testlər toplusunu cavab kartı ilə birlikdə elektron kitab şəkilində ödənişsiz əldə etmək mümkündür:
“Sizə təqdim edilən test suallarının tərtibatında nəzərdə tutulmuş əsas məqsəd qısa zamanda bank işinə aid lazımı qanunvericilik aktlarının xatırlaması və biliklərinizin yoxlamasına yardımçı olmaqdır. Testlərin tərtibatında doğru cavabı deyil, yalnış cavabı tapmanız istənilir, odur ki, doğru cavabı bildiyinizə əmin olduğunuz halda digər bəndləri də oxumağınız Sizə əlavə üstünlük qazandırır. Cavab kartında düzgün cavab, istinad olunan qanun və maddəsi həmçinin mənbəyə birbaşa keçid mövcuddur ki, mübahisəli hesab etdiyiniz bəndlərə vaxt itirmədən nəzər yetirəsiniz. İstinad mənbələrinin sonuncu yenilənmə tarixləri əlavə olaraq göstərilmişdir ki, qanunvericilikdə dəyişiklər olduqca testləri yeniləmək asan və davamlı olsun. Testlərin üç aydan bir dəyişikliklərə uyğun olaraq yenilənməsi nəzərdə tutulmuşdur”.
Ramal Əhmədov qeyd edib ki, tədris materialı qeyri-kommersiya məqsədi ilə hazırlanmışdır. Hal-hazırda internetdə bu qədər geniş mövzuları əhatə edən və yenilənmiş qanun və qaydalara istinad edən ödənişsiz , elektron testlər toplusu yoxdur.
Ramal Əhmədov “İrad və təklifləriniz barədə mənə yazmağı unutmayın”, - əlavə etdi.
Testlər toplusunu yükləmək üçün (pdf) keçidə daxil olun.
//www.boxca.com/lfwev9vxgkqc/BANK_ISINE_AID_TESTLER_TOPLUSU_201220
© Marja