BANK

18 Dekabr

Avropa bankı Azərbaycanın mebel şirkətinə böyük məbləğdə borc verir

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın mebel istehsalçısı “Saloğlu” şirkətinə 7,6 milyon manat ( 4 milyon avro) kredit ayıracaq.

Fins.az  AYİB-ə istinadən xəbər verir ki, AZN ekvivalentində ayrılacaq 4 milyon avro kredit yeni istehsal fabriki, yeni anbar və flaqman satış mağazasının tikintisinin maliyyələşdirilməsi üçün sərf ediləcək.

“Bu kredit şirkətə enerji səmərəli istehsal fabriki, anbar və paytaxt Bakı şəhərində flaqman satış mağazası qurmağa imkan verəcək. Təchizat zənciri və inventar idarəetmə sistemini təkmilləşdirmək üçün “Saloğlu” həmçinin Cənubi Koreyanın AYİB Kiçik Biznesə Təsir Fondu vasitəsilə maliyyələşdirdiyi beynəlxalq məsləhət layihəsindən də bəhrələnəcək”,- məlumatda deyilir.

2000-ci ildə təsis edilmiş şirkət matras və divan kimi hissələr də daxil olmaqla, yumşaq, qonaq və yataq otaqları üçün mebel dəstlərinin istehsalında ixtisaslaşmışdır. “Saloğlu” həm də Azərbaycanda Türkiyə və ABŞ mebel brendlərinin distribütoru kimi çıxış edir.

© Marja