BANK

18 Dekabr

Türk Lirəsi daha da ucuzlaşdı - MƏZƏNNƏ KRİTİK SƏVİYYƏNİ AŞDI

Dünən 5.84-dən 5.88 Türk lirəsinə bahalaşaraq 2 ayın ən yüksək səviyyəsini test edən ABŞ dolları bu səhər də yüksəlişini davam etdirərək kritik 5.90 səviyyəsini də aşıb. Ardıcıl 4 gündür Lirə dollar qarşısında dəyərdən düşür. 

Fins.az xəbər verir ki, Bakı vaxtı ilə saat 11:58-də Dollar/TL məzənnəsi 5,9214 səviyyəsində olub. 

ABŞ Senatının qondarma Erməni soyqırımı qanununu təsdiqləməsinin ardından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İncirlik və Kürecik hərbi bazalarını bağlaya biləcəyini söyləyib. Ərdoğanın açıqlaması Türk lirəsi və Türkiyə aktivləri üzərində təzyiqə səbəb olub.

 

ABŞ-ın Türkiyəyə sanksiyanı da ehtiva edən 2020-ci il hərbi müdafiə büdcəsi dünən Senatdan keçib. Qanunda Ankaranın Rusiyadan S-400 hava müdafiə sistemlərini aldığına görə Türkiyəyə F-35 təyyarələrinin təslim edilməməsi nəzərdə tutulur. İki ölkə arasındakı gərginlik məzənnənin yüksəlməsinə səbəb olur.

 

Dollar/TL məzənnəsinin 5.92-inin üzərinə yüksələrsə 6.10 lirəyə qədər qalxa biləcəyi proqnozlaşdırılır.

© Marja