İpoteka və Kredit Zəmanət Fondu nizamnamə kapitalını artırmaq üçün 2020-ci ildə dövlət büdcəsindən 71 milyon manat alacaq.
Fins.az xəbər verirb ki, bu barədə bu barədə Maliyyə Nazirliyi məlumat yayımlayıb. Məlumatda bildirilir ki, Azərbaycan hökuməti İKZF-nin nizamnamə kapitalının artırılması üçün 2020-ci il dövlət büdcəsində 71 mln. manat məbləğində vəsait nəzərdə tutub
Nəticədə fondun nizamnamə kapitalı 566 milyon manatdan 637 mln. manatadək artacaq (artım 12,5%).
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir