AVTO

22 İyul

MG4 modeli dünyada ilk dəfə yarı-bərk batareya ilə təqdim ediləcək

Finss.az - Britaniya-Çin mənşəli MG markasının MG4 elektromobili yeni nəsildə yarı-bərk batareya ilə təchiz olunacaq.

Bu texnologiyaya malik ilk seriyalı avtomobilin təqdimatı 5 avqustda Çində baş tutacaq.

QingTao Energy şirkətinin istehsalı olan 70 kVt·saatlıq batareya sərt təhlükəsizlik sınaqlarından keçib və -7°C temperaturda adi LFP batareyalarla müqayisədə 13,8% daha uzun yürüş təmin edir. Avtomobil 163 a.g. gücündə arxa ötürücülü elektromotorla təchiz olunacaq, bir doldurma ilə 537 km məsafə qət edəcək.

MG4-ün uzunluğu 4395 mm, eni 1842 mm, hündürlüyü 1551 mm-dir. Maksimal sürət 160 km/saat təşkil edir. Avtomobilin qiyməti 80–120 min yuan aralığında olacaq. Modelin istehsalına artıq SAIC-in Nankin zavodunda başlanılıb.