AVTO

21 İyul

Subaru yeni elektrikli krossoverini təqdim edib

Finss.az - Subaru Şimali Amerika bazarı üçün hazırladığı yeni elektrikli Uncharted modelini təqdim edib.

Toyota C-HR+ platforması əsasında yaradılan model 2026-cı ilin əvvəlində satışa çıxarılacaq.

Əvvəlcə 224 at gücündəön ötürücülü versiya satışda olacaq, lakin bu versiya məhdud sayda buraxılacaq. Daha sonra 343 at gücündə, tam ötürücülü versiya təqdim ediləcək. Avtomobil 74,7 kVt/saatlıq batareya ilə təchiz olunub və 492 km-ə qədər yürüş məsafəsi təmin edir.

Yeni model Tesla Supercharger stansiyalarında sürətli şarj imkanı da təqdim edir. Uncharted-ın bazar qiymətinin təxminən 30 min ABŞ dolları olacağı gözlənilir.