Finss.az - Avropa İttifaqı (Aİ) 2030-cu ildən etibarən iri şirkətlər və avtomobil icarəsi xidməti göstərən firmalar üçün yalnız elektrik avtomobillərinin alınmasına icazə verəcək yeni plan hazırlayır.
Bild qəzetinin məlumatına görə, "Sixt", "Europcar" kimi nəhəng korporasiyalar bu tənzimləmənin əsas hədəfləri olacaq.
Aİ daxilində avtomobil satışlarının təxminən 60%-ni təşkil edən bu seqmentin elektromobillərə keçidi, avtomobil bazarında əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər. Hüquqi əsasların hazırlanmasına başlanılıb və rəsmi açıqlamanın yaxın aylarda veriləcəyi gözlənilir.
Bununla yanaşı, Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) aprel hesabatına əsasən, Aİ-də "Tesla" markalı elektromobillərin satışı ötən ilin eyni dövrü ilə müqayisədə 52,6% azalıb. Bu da təxminən 5475 ədəd az satış deməkdir.
Avropa bazarında elektromobillərə sürətli keçid strategiyası avtomobil sektorunda yeni texnoloji və iqtisadi adaptasiya mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.