AVTO

20 May

Genesis GV90 BMW X7-yə rəqib gəlir

Finss.az - Cənubi Koreyanın premium avtomobil markası olan Genesis, BMW X7-yə rəqib olacaq yeni flaqman krossover modeli GV90 üzərində işlərini yekunlaşdırmağa yaxındır.

Brendin ilk iri elektrik krossoveri Nürburqrinq trasında kamuflyajlı, lakin seriyaya yaxın formada görüntülənib. Avtomobilin aerodinamik kuzovu, qeyri-adi dairəvi beşinci qapısı və şaquli mərkəzi dirəkləri diqqət çəkir.

GV90 modelinin rəsmi təqdimatının 2026-cı ilin ortalarında baş tutacağı gözlənilir. Yeni krossover, 2023-cü ildə Nyu-Yorkda nümayiş etdirilən Neolun konsept avtomobili ilə bir çox oxşar dizayn xüsusiyyətlərini bölüşür. Seriya versiyasında G-Matrix naxışlı iri hava girişinə malik şaquli ön hissə, V-şəkilli optik elementli işıq zolaqları, maili ön şüşə, üfüqi dam xətti və gizlədilmiş qapı tutacaqları ilə diqqət çəkir. Arxa hissədə isə avtomobilə vintaj üslub verən dairəvi qapı yer alır.

Avtomobilin salonu hələlik tam təqdim olunmasa da, böyük ekranlı media sistemi, müasir komfort funksiyaları, ikinci sıra üçün displeyli konsolsimli doldurma ehtiyacı olmayan smartfon enerjiləndirmə sistemi gözlənilir. Eyni zamanda Genesis dizaynerləri, yeni modeldə fiziki düymələrin qorunacağını bildiriblər.

Texniki göstəricilər barədə rəsmi məlumat verilməsə də, GV90-ın Hyundai Ioniq 9 və Kia EV9 modellərindən daha güclü və texnoloji cəhətdən inkişaf etmiş olacağı ehtimal olunur. Avtomobilin yeni nəsil eM platforması üzərində qurulacağı və bu platformanın mövcud E-GMP bazasının növbəti inkişaf mərhələsi olacağı bildirilir. GV90-ın 428 at gücündən yüksək performans göstərəcəyi və litium-dəmir-fosfat (LFP) batareyalardan istifadə edəcəyi gözlənilir – bu texnologiya hazırda Rivian və Tesla kimi brendlərdə də tətbiq olunur.

Genesis GV90, markanın elektrik avtomobillər seqmentində flaqman mövqeyini gücləndirmək məqsədilə hazırlanan iddialı modeldir və premium bazarda ciddi rəqabət vəd edir.