Finss.az - Yaponiyanın Honda Motor şirkəti 2031-ci ilin mart ayına qədər elektrik avtomobilləri seqmentinə yatırımları 10 trilyon yendən 7 trilyon yena (təxminən 48,3 milyard dollar) qədər azaltmağı planlaşdırır.
Şirkətdən verilən açıqlamada bu qərarın avtomobil bazarında elektrik avtomobillərinə olan tələbatın azalması ilə bağlı olduğu bildirilib.
Keçən ilin may ayında Honda on il ərzində elektrik avtomobilləri və proqram təminatı sahəsində strateji investisiyalar üçün milyardlarla dollar vəsait ayıracağını elan etmişdi. Lakin, son vəziyyət nəzərə alınaraq, şirkət Kanadada elektrik avtomobilləri üçün geniş təchizat zəncirinin yaradılması layihəsini təxminən iki il müddətinə təxirə salıb.
Honda-nın bu addımı, qlobal avtomobil sənayesində elektrik avtomobillərinə olan marağın dəyişməsi fonunda diqqət çəkir.