Finss.az - 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 1824 ədəd minik avtomobili və 33 ədəd yük avtomobili istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, minik avtomobili istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 92.4% artıb. Bununla yanaşı, yük avtomobili istehsalı isə 87% azalma ilə müşahidə olunub.
Cari ilin may ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı olaraq 138 ədəd minik avtomobili və 13 ədəd yük avtomobili stokda saxlanılır.
Hesabat dövründə ölkədə həmçinin 199 ədəd traktor istehsal olunub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 14.6% azalma deməkdir.