Finss.az - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 11 iyun 2025-ci il tarixində keçiriləcək növbəti hərracla bağlı məlumat yayıb.
Qurumun məlumata görə, həmin tarixdə ümumilikdə 12 nəqliyyat vasitəsi satışa çıxarılacaq. Avtomobillərin start qiymətləri 1 200 manatdan 22 000 manata qədər dəyişir.
Hərraca çıxarılacaq nəqliyyat vasitələri müxtəlif markaları və modelləri əhatə edir. Avtomobillərin texniki vəziyyəti, istehsal ili və digər xüsusiyyətləri barədə ətraflı məlumat ƏMDX-in rəsmi saytında yerləşdirilib. İştirakçılar həmçinin onlayn qeydiyyatla da hərraca qoşula bilərlər.
Qeyd: Hərracda iştirak etmək istəyənlər müvafiq sənədlərlə birlikdə ƏMDX-in Elektron Hərrac portalı üzərindən və ya fiziki olaraq müraciət edə bilərlər.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin tam siyahısı və qiymətləri ilə tanış olmaq üçün emlak.gov.az saytına daxil ola bilərsiniz.
