AVTO

05 phrase_var_core.may

19 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Finss.az - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 18-də növbəti avtomobil hərracını keçirəcək.

Hərrac, Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanı) təşkil olunacaq.

Bu dəfəki hərraca 19 müxtəlif nəqliyyat vasitəsi çıxarılacaq. Onlar arasında "Toyota Land-Cruiser Prado", "KİA Sportage", "BMW 528I", "Lamborghini" markalı traktorlar və "Audi A8" kimi avtomobillər var. Həmçinin, əmlakın təklif olunan qiymətləri 900 manat ilə 20,500 manat arasında dəyişir.

Hərracda iştirak etmək istəyən şəxslərə, satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı veriləcək. Avtomobillərin buraxılış illəri 1984-2014-cü illəri əhatə edir. İştirakçılar 10% beh ödənişi ilə hərracda iştirak edə bilərlər.

Sifarişlər, hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Daha ətraflı məlumat üçün auksion.gov.az saytına daxil olmaq mümkündür.