AVTO

31 Yanvar

“Tesla” nə qədər pul qazandığını açıqladı

 

“Tesla”nın verdiyi açıqlamaya görə, şirkət 2024-cü ilin dördüncü rübündə 25,707 milyard dollar gəlir əldə edib.

Fins.az xəbər verir ki, analitiklərin gözləntiləri 27,224 milyard dollar idi. Buna uyğun olaraq onun gözləntiləri doğrultmadığını söyləmək olar.

Bundan əlavə, şirkətin illik ümumi mənfəəti 6% azalıb. Bunlarla yanaşı, müsbət vəziyyət də var. İş o yerə çatıb ki, şirkətin mənfəət göstəricisi hələ də yüksəkdir və onun 36,6 milyard dollar pul vəsaitinin olduğu bildirilir. Bu, investisiya dünyasında ümid yaradır.