AVTO

21 Yanvar

"Mercedes-AMG"nin rəhbəri şirkətin müştərilərini itirməsinin səbəbini açıqladı

"Mercedes-AMG"nin rəhbəri etiraf edib ki, V8-dən imtina şirkətin müştərilərinin itirməsinə gətirib çıxarıb.

Fins.az xəbər verir ki, sub-brendin rəhbəri Mixael Şibe "Car" jurnalına müsahibəsində danışıb.

O, açıq şəkildə bildirib ki, dörd silindrli mühərrikə əsaslanan "plug-in" hibrid sisteminə keçid bəzi alıcılar tərəfindən yaxşı qarşılanmayıb.

"Biz V8-lərə maraq göstərən müştərilərimizi itirdik", - Şibe vurğulayıb.

Bununla belə, o təkid edib ki, hazırkı "AMG C 63" üçün güc aqreqatının seçimi düzgün olub. O, "C 63"ü portfolida çox vacib avtomobil adlandırıb. Mütəxəssis qeyd edib ki, onda "Formula-1"in ən son texnologiyalarından istifadə olunur. Onun fikrincə, "Mercedes-AMG" texnologiyanı satıcılara və müştərilərə düzgün izah edə bilməyib və ilkin yaxşı təəssürat yaratmaq fürsətini əldən verib.