AVTO

10 Yanvar

Təqribən 2,6 milyon “Tesla” yoxlanılacaq

 

ABŞ-ın Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA), ABŞ-da təxminən 2,6 milyon “Tesla” avtomobili ilə bağlı araşdırma başladıb.

Fins.az xəbər verir ki, bu araşdırmanın səbəbi uzaqdan işə salma funksının səbəb olduğu qəzalardır.

Açıqlamada bildirilib ki, bu xüsusiyyətin qəzaya səbəb olması ilə bağlı 4 qəza xəbəri yayılıb.

Yayılan xəbərlərə görə, istifadəçilər “Tesla”nı uzaqdan işə saldıqdan sonra “Ağıllı Çağırış” funksiyasından istifadə etdikdə “Tesla” dirəkləri və ya park edilmiş avtomobilləri aşkar edə bilmir və bu problem qəzalara səbəb olur.