AVTO

08 Yanvar

Bakıda ən çox sevilən Çin maşınları hansılardır?

Son illər ölkəmizdə Çin istehsalı olan avtomobillərə maraq artıb. Bu həm qiymət amili ilə, həmdə avtomobilin dizaynı ilə bağlı olan amildir. Avtomedia.az az olaraq paytaxt sakinləri arasında sorğu keçirdik. Respondentlərimizə "Ən cazibədar Çin avtomobili hansıdır?" sualı ilə müraciət etdik. Reklam xarakteri daşımasın deyənə sorğunun statistikasını təqdim etməsəkdə, ən çox rəğbət bəslənən avtomobil modellərini sizə təqdim edirik. 

Fins.az xəbər verir ki, respondtlərimizin cavabları əsasında ölkədə satılan 16 Çin brendi arasında ən çox sevilən 6 avtomobil adını sizlərə təqdim edirik.

Changan markasının UNİ-T və UNİ-K modelləri

FAW  markasının Bestune T99 və HongQi E-HS9 modelləri

Haval markasının Jolion və H6 modeli

Geely markasının Coolray modeli

Baic markasının isə X7 modeli.

Yuxarıda adları sadalanan avtomobillər sorğuda iştirak edən 100 nəfər şəxsdən 86 nəfərinin seçimidir. Digər 14 nəfər isə müxtəlif adlar səsləndirib.