AVTO

22 Mart

Iveco Group müdafiə sektorunu satmağı planlaşdırır

Finss.az - İtalyan yük maşınları istehsalçısı olan Iveco Group, müdafiə sahəsini 1,5 milyard avroya satmağı nəzərdən keçirir.

Bu barədə Bloomberg məlumatlı mənbələrə istinadən xəbər verir. Şirkət, potensial alıcılarla, o cümlədən İtalyan Leonardo şirkəti ilə danışıqlar aparır. Leonardo, həmçinin Almaniyanın Rheinmetall şirkəti ilə birgə təklif verə bilər. Rheinmetall, Leonardo ilə birgə müəssisə quraraq tank istehsalı sahəsində əməkdaşlıq edir. Mənbələr, birgə müəssisənin sövdələşməni həyata keçirmək üçün əsas baza kimi istifadə oluna biləcəyini qeyd edirlər.

Iveco, digər müdafiə şirkətləri və birbaşa investisiya fondlarının marağını da nəzərə alır. Lakin, bəzi namizədlər, şirkətin yüksək qiymət gözləntiləri səbəbindən maraq göstərməyib.

Leonardo, İtaliya hökumətinin əsas səhmdarı olduğu şirkət, keçən ildən bəri müntəzəm olaraq Iveco ilə müdafiə sektorunun alınmasını müzakirə edir, amma tərəflər hələ də qiymət barədə razılığa gələ bilməyib.

Bundan əvvəl, İtalyan Corriere della Sera qəzetində, belə bir sövdələşməyə KNDS NV, BAE Systems Plc və Czechoslovak Group-un da maraq göstərə biləcəyi bildirilmişdi.

Fevral ayında Iveco, müdafiə sahəsinin ayrılmasını nəzərdən keçirdiyini açıqlamışdı.

İveco-nun səhmləri cümə günü ticarət sessiyasını 0,5% artımla tamamlayıb.