AVTO

03 Dekabr

Nissan sağ qalma rejiminə keçir

Fins.az - Nissan şirkəti ciddi maliyyə böhranı ilə üzləşib və fövqəladə vəziyyət rejiminə keçəcəyini açıqlayıb.

Şirkətin maliyyə direktoru Stiven Ma, 2019-cu ildən bu vəzifədə çalışsa da, mümkün olan təqaüdü ilə əlaqədar olaraq postunu tərk edə bilər. Əgər bu baş verərsə, o, son iki ildə Nissan-ı tərk edən ikinci yüksək rəhbər olacaq. Birinci rəhbər isə şirkətin əməliyyat direktoru Aşvani Gupte idi.

Nissan, bu böhranın qarşısını almaq üçün "sağ qalma rejimi" çərçivəsində ciddi tədbirlər görməyi planlaşdırır. Şirkət 9,000 iş yerini ixtisar edəcək və ABŞ-da istehsalatını 17% azaldacaq. Meksikada satışlar artmağa davam etsə də, dünya miqyasında şirkətin satışları əvvəlki səviyyədə qalıb ki, bu da vəziyyəti daha da çətinləşdirir.

Şirkətin baş icraçı direktoru Makoto Uçida, resursları qorumaq məqsədilə öz maaşını könüllü olaraq azaldıb. Ancaq Financial Times-in məlumatına görə, Nissan-ın vəziyyəti düzəltmək üçün yalnız 12-14 ayı qalıb.

Böhrandan çıxmaq üçün əsas strategiya şirkətin elektrikləşdirmə və hibrid texnologiyalara keçidini sürətləndirmək olacaq. Lakin bu sahədə rəqiblərindən geridə qalan Nissan-ın böhrandan çıxma qabiliyyəti hələ də sual altındadır.

Nissan-ın gələcəyi, rəhbərlikdəki dəyişikliklər və sürətli qərarlarla müəyyən olunacaq, amma bu dəyişiklər şirkətin mövcud böhrandan çıxa biləcəyinə dair müəyyən şübhələr yaradır.