Fins.az - Nissan şirkətinin maliyyə vəziyyəti kritik həddə çatıb.
Son dövrlərdə avtomobil satışlarının azaldığı, istehsalın kəsildiyi və minlərlə işçinin işdən çıxarıldığı şirkət, yaxın gələcəkdə ciddi çətinliklərlə qarşı-qarşıya qala bilər. Financial Times-n məlumata görə, Nissan rəhbərliyi artıq şirkətin həyatını davam etdirmək üçün 12-14 ay vaxtı olduğunu qeyd edib.
Şirkət, Renault ilə olan alyansında dəyişikliklər etmək və daha güclü maliyyə dəstəyi axtarmaq istiqamətində yeni addımlar atmağa başlayıb. Bununla yanaşı, Nissan, Renault-nun səhmlərinin bir hissəsini Honda şirkətinə satmağı da nəzərdən keçirir. Həmçinin, Nissan-ın uzunmüddətli inkişafı üçün Honda ilə gücləndirilmiş əməkdaşlıq qərarı verilib və bu tərəfdaşlıq elektrikli avtomobillərin inkişafını əhatə edəcək.
Şirkət, istehsal həcmini azaldaraq 9,000-dən çox işçini işdən çıxarıb və istehsalını 20% azaldıb. 2023-cü ilin üçüncü rübü ərzində əməliyyat mənfəəti 85% azalıb və xalis zərər 9,3 milyard yen (60,1 milyon dollar) təşkil edib. Şirkət bu vəziyyətdən çıxmaq üçün 3 milyard dollar qənaət etməyi hədəfləyir.
Nissan, həm Yaponiyada, həm də ABŞ-da zəif satışlarla qarşılaşır və bu da şirkətin gələcəyi üçün böyük bir təhdid yaradır. Şirkətin maliyyə durumunu düzəltmək üçün yeni investorlara ehtiyacı olduğu açıqdır.