AVTO

25 Noyabr

2025-ci ildə avtomobil bazarında qiymət müharibəsi daha da kəskinləşəcək

Fins.az - Changan Automobile-nun vitse-prezidenti və Deepal Auto-nun CEO-su Den Çenxao, 2025-ci ildə avtomobil bazarında qiymət müharibəsinin davam edəcəyini və daha da kəskinləşəcəyini bildirib.

O, bu vəziyyətin aşağı rentabellik səviyyəsinə sahib olan şirkətlər üçün ciddi təhlükə yaratdığını vurğulayıb.

Den Çenxao, avtomobil istehsalçılarının minimal davamlılıq üçün ən azı 15% marja əldə etməli olduqlarını qeyd edib. Bu marjanın altına düşən şirkətlər üçün hər bir satılan avtomobilin zərər gətirəcəyini və bazarda rəqabətə davam gətirə bilməyənlərin iflasla üzləşə biləcəyini bildirib.

Cari subsidiyaların və endirimlərin bazarda tələbi artıra bilsə də, Den Çenxao bu tədbirlərin istehlakı qismən başqa dövrə ötürdüyünü və bunun 2024-cü ilin birinci yarısına mənfi təsir göstərəcəyini qeyd edib. Tələbin zəifləməsi, böyük istehsal həcminə sahib şirkətlərin qiymət müharibələrinə başlamasına səbəb ola bilər. Bu, bəzi markaların bazardan çıxmasına və bazarın daha balanslı bir vəziyyətə qayıtmasına yol açacaq.

Den, hibrid və elektrikli avtomobillərin gələcəyin avtomobilləri olduğunu vurğulayıb. Onun sözlərinə görə, PHEV və REV modelləri daxili yanma mühərrikli avtomobilləri əvəz edə bilər. Elektrikli avtomobillərin bazara nüfuzu artıq 50%-i keçib və bu artımın daha sürətli olacağı gözlənilir. O, kiçik qiymət aralığındakı elektrikli avtomobillərin, xüsusilə ikinci ailə avtomobili kimi populyarlaşacağını da qeyd edib.

Bu inkişaflar, daxili yanma mühərrikli avtomobillərin bazar payının azaldılması ilə nəticələnə bilər.