Müasir dövrdə elektromobil texnologiyaları, ekoloji tarazlığı qorumaq və iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün əhəmiyyətli bir vasitəyə çevrilib.
Bunu Fins.az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İctimai Birliyinin İdarə Heyətinin sədri və İKT üzrə ekspert Elvin Abbasov deyib.
E.Abbasov, elektromobil texnologiyalarının ekoloji vəziyyətə müsbət təsirini vurğulayıb:
“Elektromobil texnologiyaları daha yenidir və bu da ekoloji vəziyyətin dəyişməsində çox təsirli bir amil olacaq. Benzin istifadəsinin azalması və alternativ enerji mənbələrinin artması, elektromobillərin ekoloji mühitə müsbət təsir göstərməsinə imkan tanıyır. Şəhərlərdə ekoloji vəziyyətin yaxşılaşdırılması, arzuolunmaz neqativ şüaların və qazların təbiətdə azaldılması ilə yanaşı, bunun kimi bir çox əhəmiyyətli təsirə malikdir”.
E.Abbasov qeyd edib ki, elektromobillərin geniş yayılması, təkcə iqlim dəyişikliyi ilə mübarizədə deyil, həm də şəhər həyatının keyfiyyətinin artırılmasında vacib rol oynayır:
“Bununla yanaşı, elektrikli nəqliyyat vasitələrinin istifadəsi, insan sağlamlığını qorumaq və ekosistemləri mühafizə etmək baxımından da əhəmiyyətlidir”.
Fuad Mədətov
Fins.az