Dekabrın ortalarından etibarən Qazaxıstanda köhnə avtomobillərin "avtoxlam" adı altında təkrar emalına başlanacaq.
Fins.az xəbər verir ki, sahiblər, istifadəyə yararsız avtomobillərini təhvil verərək pul alacaqlar.
Avtomobil sahibləri iki seçimdən birini seçə bilərlər: avtomobili nəqliyyatçılara satmaq və ya özləri qəbul məntəqəsinə təqdim etmək. "Zhasyl Damu" AÇ-nin portalında müraciət etməli və 15 gün ərzində qərar verməlidirlər.
Təhvil verilən avtomobillər qiymətləri:
-
Yüngül avtomobillər – 654 dollar;
-
Mikroavtobuslar – 1,142 dollar;
-
Avtobuslar – 1,557 dollar;
-
Yük maşınları və kombaynlar – 1,142 dollardan 4,152 dollara qədər.