Çin avtomobil sənayesinin inkişafı davam edir və elektrik mühərrikli nəqliyyat vasitələrinin istehsalında güclənməyə davam edəcək.
Bunu Fins.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov Çin avtomobil sənayesinin gələcək perspektivlərindən danışarkən deyib.
Onun sözlərinə görə, bu sahədə daha çox investisiya və tənzimləmələr həyata keçirilərək, Çin avtomobillərinin Avropa və digər inkişaf etmiş bazarlara çıxışı daha da asanlaşdırıla bilər.
E.Cəfərov, eyni zamanda, Avropa bazarına uyğunlaşmaq üçün Çin avtomobil şirkətləri qəza testlərində daha uğurlu nəticələr əldə etmək üçün çalışmalı olduğunu bildirib:
“Çin avtomobil sənayesinin gələcəkdə bu çətinlikləri aşacağı və qlobal bazarda daha güclü mövqe tutacağı gözlənilir”.
Fuad Mədətov
Fins.az