AVTO

07 Oktyabr

Çin avtomobil ixracını vergi geri qaytarılması ilə artırır – Eldəniz Cəfərov

Çində qəbul edilən qanuna görə, ölkədən kənara avtomobil ixrac edən Çin vətəndaşlarına dövlət tərəfindən əlavə dəyər vergisi məbləği geri qaytarılır. Bu isə Çin vətəndaşları üçün böyük stimul oldu və onlar Çində istehsal edilən avtomobilləri xaricə ixrac etməyə daha çox maraq göstərdilər.

Bunu Fins.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, Çin avtomobil istehsalçıları üçün dövlət tərəfindən təmin edilən vergi stimulları, ölkədən kənara avtomobil ixracını daha da cəlbedici edir.

E.Cəfərov qeyd edib ki, bu vergi güzəştləri, Çin avtomobil sənayesinin qlobal miqyasda daha rəqabət qabiliyyətli olmasına kömək edir.

Fuad Mədətov
Fins.az