AVTO

03 Oktyabr

Tariflər Alman avtomobil sənayesini zərbə altına alacaq

BMW, Çin istehsalı elektrik avtomobillərinə qarşı Avropa Birliyi tərəfindən tətbiq ediləcək yüksək tariflərin qarşısını almağa çalışır.

Fins.az xəbər verir ki, şirkət, Berlinin bu məsələdə səs verməməsi üçün təzyiq göstərir. BMW-nin baş icraçı direktoru Oliver Zipse, əlavə tariflərin qlobal fəaliyyət göstərən Alman şirkətlərinə zərər verəcəyini və ticarət mübahisələrinə səbəb ola biləcəyini vurğulayıb.

Avropa Komissiyası, Çin'in elektrik avtomobil istehsalını ədalətsiz subsidiyalarla dəstəklədiyini bildirərək tariflərin tətbiqini təklif edib. Alman avtomobil istehsalçıları isə tariflərin tətbiqinin Çin ilə ticarət münasibətlərinə zərər verəcəyindən narahatdırlar. Hökumət, müzakirələrin nəticəsinə əsaslanaraq, səsverməyə qatılmayacağı gözlənilir.