AVTO

24 Sentyabr

ABŞ Çin istehsalı proqramları üçün qadağa qoyur

ABŞ, milli təhlükəsizlik səbəbləri ilə avtomobillərdə Çin istehsalı proqram təminatlarının istifadəsini qadağan etməyi planlaşdırır.

Fins.az rəsmi mənbələr əsasən, xəbər verir ki, bu qərarın avtomobil sektorundakı təhlükəsizlik risklərini azaltmaq məqsədini güddüyünü bildirmişdir.

ABŞ hökumətinin açıqlamasına görə, Çin istehsalı proqram təminatlarının istifadəsi ilə bağlı təhlükəsizlik narahatlıqları ön plandadır. Rəsmi şəxslər, bu tədbirlərlə avtomobil sektorunda müstəqilliyi təmin etməyi hədəflədiklərini vurğulayır.

Bu qərarın ABŞ-dakı avtomobil istehsalçılarına təsir edəcəyi və ölkənin texnologiya siyasətlərindəki dəyişikliklərin bir hissəsi olduğu qeyd edilib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian, ABŞ-ı bazar iqtisadiyyatı prinsiplərinə hörmət etməyə və Çinli şirkətlər üçün ədalətli bir iş mühiti təmin etməyə çağırıb. O, Çin-in hüquqi hüquqlarını və maraqlarını qətiyyətlə müdafiə edəcəyini bildirib.