AVTO

23 Sentyabr

Sankt-Peterburqda krossoverlərinin istehsalı başladı

Sankt-Peterburq Avtomobil Zavodunda Xcite X-Cross 8 krossoverlərinin seriyalı istehsalı uğurla başladı.

Fins.az xəbər verir ki, gündəlik istehsal həcmi 30 avtomobilə çatıb. Xcite X-Cross 8 modeli 4 müxtəlif komplektasiyada təqdim olunacaq, bunlardan 2-si tam ötürücülü olacaq. Premium versiyalara panoramik dam kimi lüks xüsusiyyətlər də əlavə olunacaq. İlk buraxılışdan etibarən bazarda artıq 550-dən çox avtomobil satılıb ki, bu da istehsalçının planlaşdırdığı satış hədəflərinə uyğun gəlir.