Mercedes-Benz, Çin bazarında yaranan çətinliklər fonunda cari il üçün maliyyə proqnozunu aşağı salıb.
Şirkət, əsas avtomobil istehsalı bölməsində gözlənilən mənfəət göstəricisinin əvvəlki 11%-dən 7,5-8,5%-ə düşəcəyini bildirib. Bu dəyişikliklər Almaniyanın avtomobil sənayesinə və ümumilikdə ölkə iqtisadiyyatına mənfi təsir göstərə bilər.
Fins.az xəbər verir ki, BMW də oxşar addım ataraq, elektromobil satışlarındakı azalma və Çin bazarında tələbin zəifləməsi səbəbilə öz maliyyə proqnozlarını yenidən nəzərdən keçirib. Bu hadisələr qlobal avtomobil sənayesində qeyri-müəyyənlikləri artırır.