AVTO

16 Sentyabr

Kia Kazaxıstanda yeni zavod açır

Kia avtomobil istehsalçıları 2025-ci ildən Kazaxıstanın Kostanay şəhərində yeni zavod açacaq.

Fins.az xəbər verir ki, zavodun illik istehsal gücü 70 min avtomobil olacaq və layihəyə 200 milyon dollar sərmayə yatırılacaq. İstehsalda 65 robot istifadə ediləcək. Eyni zamanda, Seoyon E-HWA şirkəti bamperlər, plastik detallar, salon bəzəkləri, egzoz sistemləri və avtomobil oturacaqları istehsalına 36 milyon dollar investisiya qoyacaq. Bu addım, regionda avtomobil istehsalını genişləndirərək, yerli iqtisadiyyata müsbət təsir göstərəcək.