Toyota GR Corolla, altı ay əvvəl GR Yaris-də tətbiq edilən avtomatik transmissiya ilə yenilənib.
Fins.az xəbər verir ki, indi müştərilər, altı pilləli mexaniki transmissiya ilə yanaşı, səkkiz pilləli avtomatik Aisin transmissiyanı da seçə bilərlər. Avtomatik transmissiya Eco, Normal, Sport və Custom idarəetmə rejimləri ilə təchiz olunub və əlavə olaraq launch control xüsusiyyəti mövcuddur.
Mexaniki transmissiyalı modellərin gücü 304 at qüvvəsi olaraq qalır, lakin maksimal fırlanma anı 400 Nm-ə qədər artırılıb. GR-Four tam ötürmə sistemi standart avadanlıqdır. Şassi yeniləmələri daha dəqiq idarəetmə təmin edir və yeni ön bamper daha böyük hava girişləri ilə təchiz edilib. İnteryer də daha tünd materiallarla tamamlanıb.
Yenilənmiş GR Corolla qışda ABŞ-da satışa çıxarılacaq. Hazırkı qiymətlər mexaniki transmissiyalı modellər üçün 36,500 ABŞ dollardan başlayır.
Fuad Mədətov
Fins.az