AVTO

26 Avqust

Chevrolet Corvette ZR-in yeni gücü: Biturbomühərriklə bahalı risk

"Chevrolet" yeni Corvette ZR1-i təqdim edərək modelin ən güclü və hiperkar səviyyəsində bir versiyasını təqdim edib. Bu model, Corvette tarixində ilk dəfə biturbomühərriklə təchiz olunub və 1079 at qüvvəsi ilə təsirli performansa malikdir.

Fins.az xəbər verir ki, ZR1, karbonplastikdən hazırlanmış eksteryer elementləri və yeni aerodinamik paketlərlə təchiz edilib, bu da avtomobilin yerəbasma qüvvəsini 544 kiloqrama qədər artırır.

İnteryerdə ciddi dəyişikliklər olmasa da, ZR1 nişanları və yeni cihaz paneli fərqləndirici elementlərdir. Mühərrik, gücləndirilmiş səkkiz pilləli “robot” transmissiya ilə arxa təkərlərə güc ötürür. Maksimal sürətin 346 km/saatı keçəcəyi və dörddəbir mil məsafəsini 9,7 saniyədən az müddətə qət edəcəyi gözlənilir.

Corvette ZR1-in çəkisi 1665 kiloqramdır və yeni modelin 2024-cü ilin sonunadək satışa çıxarılması planlaşdırılır. Qiymətlər hələ açıqlanmasa da, ZR1-in əvvəlki Z06 versiyasından xeyli bahalı olması gözlənilir.

Qeyd edək ki. atmosfer mühərrikli Corvette Z06 versiyasının qiyməti ən azı 110 min ABŞ dollar dəyərindədir.

Fuad Mədətov
Fins.az