AVTO

24 İyul

Yeganə nüsxədə buraxılmış unikal BMW M5 sedanı hərracda satılacaq

BMW, Pebble Beach'də yeni M5 Sedanının unikal versiyasını tanıdacaq

BMW şirkəti Pebble Beach Concours d'Elegance zəriflik müsabiqəsində BMW Individual bölməsi tərəfindən hazırlanmış yeni M5 sedanının unikal versiyasını nümayiş etdirəcək.

Fins.az xəbər verir ki, bu yeganə nüsxədə istehsal olunmuş sedan BMW Individual Frozen Orange rənginə boyanmış kuzovu, eyni rəngdə vurğuları olan təkər diskləri və qızılı rəngdə supportları ilə fərqlənir. İç dizaynı da xüsusi hazırlanıb: Kyalami Orange/Silverstone çalarlarında Merino dərisi istifadə olunub. Seriya M5 sedanlarında belə tərtibat variantı təklif edilmir. Avtomobil karbon lifindən dekorativ örtüklər və 2024 Pebble Beach Concours d'Elegance loqotipləri ilə bəzədilib.

Avtomobilin təchizatına tıxac köməkçisi və magistral avtopilotu olan Driving Assistance Professional, radiator barmaqlığının işıqlandırması və ön oturacaqların havalandırmasını təmin edən Executive, CFRP plastikdən hazırlanmış dam və arxa spoyler olan Carbon, və iki trek profilini əlavə edən, “maksimum sürəti” 305 km/saata çatdıran M Drive Professional dəstləri daxildir.

M5-in güc qurğusu dəyişməz qalır. Yeddinci nəsildə M5 iki turbokompressorlu 4,4-litrlik V8 mühərrikini saxlasa da, indi hibrid sistemin bir hissəsidir. Güc qurğusunun hasilatı bu model üçün rekord sayılan 727 at qüvvəsi və 1000 Nm fırlanma anıdır. Bununla belə, sedanın yarım ton ağırlaşması səbəbindən dinamikası bir qədər zəifləyib: 100 km/saata sürətlənmə 3,5 saniyə çəkir. M5 CS versiyası isə bu işə düz üç saniyə sərf edir.

Kaira Ağayeva

Fins.az