AVTO

24 İyul

Yeni "Toyota Prado Kakadu"nun şişirdilmiş qiyməti, sadəcə görünüş dəyişikliyi?

Ötən ay yeni nəsil "Toyota Land Cruiser Prado (J250)" Avstraliya bazarında debüt edib və avtomobillər 204 at gücündə 2,8-litrlik turbodizel mühərrik və səkkiz pilləli avtomatik transmissiya ilə satışa çıxarılıb.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Avstraliya üçün xüsusi hazırlanmış "Kakadu" versiyası beş tərtibat səviyyəsi ilə təqdim olunur. "Prado Kakadu"nun əsas xüsusiyyəti əvvəlki üslubda radiator barmaqlığı və fərqli ön görünüşdür. Kuzovun rənglənməmiş elementləri kuzov rənginə uyğunlaşdırılıb, geniş ayaq dayaqları əlavə edilib və interyer təchizatı genişləndirilib.

"Prado Kakadu"nun qiyməti 66 400 ABŞ dolları (112 880 AZN) təşkil edir.

Fuad Mədətov
Fins.az