"Bugatti Chiron" hiperkarının sonuncu 500-cü nüsxəsi L’Ultime adlanır və bu sonuncu model 2016-cı ildə debüt etmiş "Atlantic Blue/French Racing Blue" rənglərinə boyanmış "Super Sport" versiyasına əsaslanır.
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, yenilik olaraq, rəng qradiyenti tərsinə çevrilib və təkər diskləri kuzovla uyğun rəngdədir. Yan tərəflərə Chiron tarixindəki mühüm yerlərin adları əl ilə həkk edilib, bu yerlər arasında Cenevrə, Şantiyi, Paul Riçard treki, Molşaym, Kanaveral Burnu və Şato Sen-Jani var.
"L’Ultime" hiperkarında fərqli toru olan radiator barmaqlığında mavi "Bugatti" loqotipi, müxtəlif yerlərdə “500” rəqəmi və yan güzgülərində Fransa bayrağı yer alır. Salon "Deep Blue" rəngindədir və "Blue Carbon Matt" dekorativ örtükləri ilə bəzədilib.
Hiperkar 1600 at gücündə dörd turbokompressorlu 8,0-litrlik W16 mühərriklə təchiz olunub və 100 km/saata 2,3 saniyəyə sürətlənir, maksimal sürəti 440 km/saatdır. Gələcəkdə, "Bugatti Chiron"un yerini 1000 at gücündə 8,3-litrlik V16 mühərriki və 800 at gücündə üç elektrik mühərriki ilə təchiz olunmuş hibrid güc qurğusu ilə təmin ediləcək model tutacaq. Bu model, 1850 at gücündəki "Bolide" prototipinə daha yaxın olacaq.
Fuad Mədətov
Fins.az