29 yanvar 1886-cı ildə Berlində Karl Benz icad etdiyi üç təkərli avtomobil üçün patent üçün müraciət etdi. Həmin gün, 2011-ci ildə 125 yaşı olan ixtiranın – avtomobilin ad günü hesab olunur. Eyni zamanda, Qotlib Daymler ilk dörd təkərli avtomobili hazırladı. Beləliklə, Daimler AG şirkətinin yaradıcıları və onun dünya miqyasında uğurlu flaqman markası Mercedes-Benz, bir-birindən müstəqil şəkildə çalışaraq, bütün müasir minik avtomobillərinin, yük maşınlarının və avtobusların istehsalının əsasını qoydular. Vaxt keçdikcə, avtomobilin ixtiraçısı olan şirkət, digər avtomobil istehsalçılarından fərqli olaraq, texnologiyadan dizayna qədər, rahatlığı və təhlükəsizliyini təmin edərək, işin bütün vacib aspektlərinə diqqət çəkərək daha stabil olaraq inkişaf etdi.
Avtomobilin istehsalçısı üçün yenilik uğurun əsas faktoru olmuşdur və bu günlərdə də əhəmiyyətini artır. Yeni ideya axtarmaq üçün cəsarət olmasa, avtomobil ixtira olunmazdı və yenilik olmadan heç bir inkişaf olmazdı. Avtomobilin ixtiraçısı olan "Mercedes-Benz" şirkəti, həmişə bu nəqliyyat növünü aktiv şəkildə inkişaf etdirməyə çalışıb. Beləliklə, Karl Benz və Qotlib Daymlerin müvafiq olaraq "Motorvagen Patenti"ni və "Motorlu araba"nı təqdim etdikləri 1886-cı ildən etibarən şirkət 80 mindən çox patent qeydiyyatdan keçirdi və bununla da texnologiyada liderliyə iddiasını təsdiqlədi. "Benz"in "Motorvagen Patenti" dünyadakı ilk avtomobil, yenilikçi ruhun və sənətkarlığın simvolu idi. O dövrdə ustalıqla hazırlanmış üçtəkərli avtomobilin bütün görünüşü sürət erasının başlanmasından bəhs edirdi. Daymlerin motorlu arabası, öz növbəsində, ilk dördtəkərli avtomobil oldu.
1886-cı il - ilk 3 təkərli Mercedes avtomobili
Bu iki avtomobil unikal bir uğur hekayəsinin - "Mercedes-Benz"in yeni fəsillər əlavə etməyə davam etdiyi bir hekayənin başlanğıcını qoydular. Şirkətin ixtiraları həmişə əvvəlcədən bir neçə addım öndə olub - "ümidsiz" kimi tənqid olunan Ştutqartdakı "özü hərəkət edən vaqon"un istehsalından tutmuş təkcə şəxsi azadlığın simvolu deyil, həm də iqtisadiyyatın dayaqlarından biri olan müasir avtomobilə qədər. Şirkətin ən vacib yenilikləri arasında ilk avtobus, ilk yük maşını və ilk müasir minik avtomobili - 1900-cü il fevralda təqdim edilmiş 1900 - Mercedes 35hp var.
Mercedes 35 hp: bütün müasir minik avtomobillərinin prototipi.
Əsrin başlanğıcında, bütün müasir minik avtomobillərinin prototipi olan Mercedes 35 hp, tamamilə yeni bir avtomobil arxitekturasının təcəssümü idi. O, uzunayaqlı "motorlu araba"dan hamımıza məlum olan avtomobil obrazına keçid idi. Həlledici yeniliklər uzun təkər bazası, geniş təkər izi, aşağı ağırlıq mərkəzi və əyilmiş sükan sütunu idi. Bu yeniliklər rahat və təhlükəsiz idarəetmə üçün zəmin yaratdı və Mercedes onun ilk təcəssümü oldu.
1900 - Mercedes 35hp
Yenilikçi ruh avtomobil inkişafının hərəkətverici qüvvəsidir.
Yaradıcı dizaynı sayəsində, "Mercedes-Benz" şirkətinin ideyaları, avtomobil sənayesini irəliyə aparır, daim fərdi hərəkət azadlığı anlayışını yenidən nəzərdən keçirir və texnologiyanın yeni sahələrini açır. Məhz bu davamlı yenilik prosesi, "Mercedes-Benz"in unikal və rəngarəng modellər cərgəsinə sahib bir avtomobil istehsalçısına çevrilməsinə imkan verdi.
Təhlükəsizlik: hər müasir avtomobildə Mercedesin bir kiçik hissəsi var.
Dünyadakı heç bir avtomobil istehsalçısı avtomobil təhlükəsizliyini araşdırmaq üçün "Mercedes-Benz" qədər iş görməyib. Artıq 70 ildir ki, Mercedes təhlükəsizlik mütəxəssisləri sistematik olaraq qəzaların səbəblərini, azaldılması və qarşısının alınması yollarını öyrənirlər.
Mercedesin təhlükəsizlik məsələlərinə dəyişməyən sədaqəti bunu da göstərir ki, 2009-cu ildə şirkət üç ildönümünü bir yerdə qeyd etdi: təhlükəsizlik texnologiyalarının inkişafının 70 ili, sərt sərnişin salonunun istifadəyə verilməsinin 50 ili və qəzaların səbəbləri ilə bağlı 40 illik araşdırma.
Qəzaların nəticələrinin azaldılması - qəzaların tam qarşısının alınması
Aktiv təhlükəsizliyin məqsədi qəzasız səfəri təmin etməkdir. Bu məqsədi izləyərək, "Mercedes-Benz" qəzaların nəticələrini yüngülləşdirə və ya onların qarşısını tamamilə ala biləcək bir sıra texnologiyalar hazırladı. Elektron idarə olunan ABS və ESP ® sistemləri - qəzaların tezliyini azaltmağa əhəmiyyətli töhfə verən Mercedes həlləridir. Bu texnologiyalar indi demək olar ki, bütün avtomobillərin standart komplektasiyalarına daxil edilmişdir. ABS - antibloklama sistemi - ilk dəfə 1978-ci ildə 116 seriya S-Class-da, təhlükəsizlik yastıqları isə 1981-ci ildə 126 seriya S-Class-da tətbiq edilmişdir. Elektron Stabilləşmə Proqramı ESP ® ilk dəfə 1995-ci ildə 140 Seriya S-Class kupedə təqdim edilmiş və o vaxtdan bütün modellərə tədricən tətbiq edilmişdir.
"Mercedes-Benz" bu sistemdə aktiv və passiv təhlükəsizlik xüsusiyyətlərini birləşdirən ilk avtomobil istehsalçısı oldu və beləliklə sürücü və sərnişinlərin müdafiə səviyyəsini artırdı. PRE-SAFE ® sisteminin 2002-ci ildə istifadəyə verilməsi avtomobil təhlükəsizliyi tarixində yeni era açdı. "Mercedes-Benz" sistematik olaraq faktiki qəza məlumatlarının və təhlükəsizlik texnologiyalarının inkişafında öz tədqiqatlarından əldə edilmiş məlumatlardan istifadə edir. Aktiv Blind Spot Assist və ya ATTENTİON ASSİST kimi innovativ sistemlər zolaq dəyişiklikləri və sürücünün yorğunluğu kimi qəzaların ümumi səbəbləri ilə mübarizə aparır.
"Mercedes-Benz" təhlükəsizlik texnologiyası tarixindəki vacib mərhələlər:
1939 - Minik avtomobillərinin təhlükəsizliyi texnologiyasının inkişafına başlanıldı.
1959 - ilk təhlükəsiz avtomobil salonu
1969 - "Mercedes-Benz" qəza səbəblərinin araşdırılması bölməsinin yaranması
1978 - elektron idarə olunan antibloklama əyləc sistemi (ABS)
1980 - pirotexnika elementli hava yastığı, təhlükəsizlik kəmərini dartan qurğu
1989 - avtomatik qaldırma ilə qoruyucu qövs
1995 - Elektron Sabitlik Proqramı (ESP®)
1996 - Əyləc köməkçi sistemi Brake Assist (BAS)
1998 - Adaptiv kruiz nəzarəti sistemi DISTRONIC
1999 - Aktiv gövdə sabitləşdirmə sistemi (ABC), şin təzyiqinə nəzarət sistemi
2002 - PRE-SAFE ® preventiv müdafiə sistemi
2003 - Dinamik dönmə işığı funksiyası
2005 - DISTRONIC PLUS sistemi, Brake Assist PLUS, Gecə görmə sistemi Night View Assist
2006 - PRE-SAFE® əyləc sistemi, intellektual işıqlandırma sistemi
2009 - sürətə nəzarət sistemi Speed Limit Assist , zolaq saxlama sistemi Lane Keeping Assist , bildiriş sistemi Blind Spot Assist, sürücü izləmə funksiyası ATTENTION ASSIST
2010 - aktiv zolaqds saxlama sistemi Active Lane Keeping Assist, aktiv xəbərdarlıq sistemi Active Blind Spot Assist; yüksək güclü LED faralar
Hərəkətdə komfort: "Mercedes-Benz"in ənənəvi üstünlükləri
Yürüş komfortu hər zaman ənənəvi Mercedes üstünlüyü olmuşdur və olmağa davam edir. Geniş təkər izi, uzun təkər bazası və xüsusi korpus sistemləri Mercedesə bir əsrdən artıq müddətə bu markaya xas olan uzun məsafəli səyahət komfortu standartını verməyə imkan verdi. Hələ 1931-ci ildə "Mersedes-Benz" gövdə texnologiyasının inkişafında vacib bir addım atdı - 170 model müstəqil təkər asqı sistemi ("yellənən oxlar") olan ilk kütləvi istehsal edilən sərnişin avtomobili oldu. Bu texnologiya, qeyri-bərabər yol səthlərini kompensasiya edərək, səyahət təcrübəsini tamamilə dəyişdirdi və nəticədə həm şin səs-küyü, həm də titrəmə azaldı.
PRE-SCAN gövdəsi: təkər üzərində uçan xalça
2007-ci ildə "Mercedes-Benz", həmçinin təcrübəli F 700 modelinin tərkibində, inqilabi PRE-SCAN gövdəsi ilə təqdim olundu. Bu sistem, əvvəlcədən, yolun vəziyyətini qiymətləndirə bilər, relyefdəki dəyişikliklərə incə reaksiya verə bilər və onları digərlərindən daha yaxşı kompensasiya edə bilər. Beləliklə, F 700-ün komfort səviyyəsini nağılvari "xalça-təyyarəyə" yaxınlaşır. PRE-SCAN sisteminin "gözləri" - faralara quraşdırılmış lazer sensorlardır.
2010-cu ilin payızında "Mercedes-Benz" tərəfindən təqdim olunan MAGIC BODY CONTROL gövdəsi, sözün əsl mənasında irəliyə baxan bir sistemdir. Arxa görünüş güzgüsünün üstündəki ön şüşəyə yüksək həssas bir stereo kamera quraşdırılmışdır ki, bu da avtomobilin önündəki yolu iki rakursdan izləyir və sistemin yol pozuntularını daha effektiv şəkildə tanımağına imkan verir.
Yüksək sürətli bort kompüterləri bütün məlumatları real vaxt rejimində emal edir və hər təkərin amortizasiyasını idarə edən aktiv gövdə sabitləşmə sistemini idarə edir. Bu, müasir standart sakitləşmə sistemləri ilə müqayisədə gövdə hərəkətinin təsirlərini daha yaxşı kompensasiya etməyə imkan verir.
1953: müasir dizayn erasının başlanğıcı
1953-cü ildə "Mercedes-Benz" şirkəti 180 model ilə birlikdə müasir dövrə qədəm qoydu. Bu sedan üç hissəli konstruksiya ilə fərqlənirdi. Avtomobilin ön hissəsindən və salonundan sonra üçüncü hissə yük yeri idi. Müstəqil "vahid konstruksiya" təkcə artan dayanıqlığı və gücü ilə deyil, həm də müasir dizaynı ilə heyran etdi. Görkəmli qanadları, çıxıntılı faraları, yan pilləkənlər və qısa arxadan ibarət olan avtomobilin ənənəvi forması ilə müqayisədə vahid dizayn bir sıra praktik üstünlüklərə malikdir: daha geniş interyer, təkmilləşdirilmiş görmə qabiliyyəti, aşağı ön müqavimət əmsalı, qarşıdan gələn hava axınının daha az səs-küyü və daha böyük yük yeri.
Mercedes-Benz 180
"Mercedes-Benz"in bir çox modelləri avtomobil sənayesində dizaynın inkişafına önəmli dərəcədə təsir göstəriblər. İkonik model Mercedes-Benz 300 SL və ya "qağayı qanadı", öz dövrünün digər avtomobillərində olmayan zadəganlığı və yüksək sinfi özündə birləşdirir. Bu model indiyə qədər də ən çox istənilən olaraq qalır, 1999-cu ildə isə münsiflər heyəti onu "əsrin idman avtomobili" kimi tanıdı. 300 SL, ulduzla bəzədilmiş üfüqi hava girişi olan ilk "Mercedes-Benz" yol avtomobili olmuşdur. Avtomobilin hissəsinin bu dizaynı gələcək bütün SL idman modellərinin əlamətinə çevrilmişdir.
Model 300 SL
"Mercedes-Benz" markasının ənənəvi dizaynı - yeni görünüşdə
F 800 Style avtomobili həm yüksək texnologiya, həm də sənət əsəri olaraq, "Mercedes-Benz"in gələcək dizayn konsepsiyasının bir nümunəsidir. Avtomobilin xarici görünüşü uzun təkər bazası, gövdənin qısa arxası və zərif rəvan dam xətti ilə xarakterizə olunur. Yan tərəfdən, avtomobil ideal balanslaşdırılmış nisbətlərlə birləşərək, "Mercedes-Benz" dizayn konsepsiyasının inkişafını mükəmməl nümayiş etdirən zövqlü idman görünüşü verən bir kupeyə bənzəyir.
F 800 Style
Hər şeydə yaradıcılıq üçün genişlik
125 illik inkişaf dövründə avtomobili ixtira edən şirkət heç kəsin olmadığı qədər yaradıcı olmuşdur. Alman mühəndislik texnologiyası və ixtiraçılıq birlikdə qlobal əhəmiyyətə malik bir marka yaratdılar. Şirkət öz işçilərində yaradıcılıq və fəaliyyət sərbəstliyini təşviq edərək yaradıcı azadlıq prinsiplərinə riayət etməyə davam edir və bununla da yenilik mənbəyinin tükənməməsini təmin edir.
"Mercedes-Benz": dünyanın ən bahalı lüks brendi
Sistemli yenilik strategiyası sayəsində, "Mercedes-Benz" dünyanın ən qiymətli brendləri liqasında önəmli yer tutur. 2010-cu ildəki beynəlxalq araşdırmalar təsdiqləyir ki, ulduzlu brend ən azı üç kateqoriyanın başında durur: "Ən dəyərli alman markası", "Dünyanın ən dəyərli premium sinifli avtomobil markası" və "Dünyanın ən bahalı lüks markası".
"Yalnız ən yaxşısı" - dünən, bu gün, sabah
Bu sözlər Karl Benzə aiddir: "İxtiraçılıq ehtirası əbədi yaşayır." Qotlib Daymler isə məşhur "Ən yaxşısı və ya heç nə!" prinsipinin müəllifidir. "Mercedes-Benz" şirkəti 125 ildirki, bu şüarlara riayət edir. Şirkətin əsas hərəkətverici qüvvələrindən biri olan innovasiya ruhu korporativ mədəniyyətimizə möhkəm şəkildə yeridilmişdir. Bizim məqsədimiz - gələcək nəsillər üçün hərəkət sərbəstliyini təmin etmək və hər bir müştərini ehtiyaclarına uyğun avtomobillə təmin etməkdir. “Mercedes-Benz”in yenilikləri şirkət tərəfindən aparılan sistemli araşdırmalara əsaslanır. 1970-ci illərin əvvəllərində ayrıca bir tədqiqat və inkişaf bölməsi rəsmi olaraq formalaşdı. Bu gün, "Mersedes-Benz" dünya üzrə 19000 tədqiqatçıdan ibarət qlobal məlumat şəbəkəsinə malikdir - yenilik, zəngin təcrübə və dünyanın ən yaxşı avtomobil istehsalçısı olmaq öhdəliyi ilə dolu bir düşüncə mərkəzi.
©AutoStar Kaukasus GmbH