AVTO

28 İyun

Lancia Ypsilon Ibrida və Elettrica: qiymətləri və xüsusiyyətləri

Lancia şirkəti fevral ayında yeni nəsil Lancia Ypsilon hetçbekini təqdim edərək İtaliyadakı satışlarına start verib.

Fins.az xəbər verir ki, yeni Ypsilon, hibrid və elektrik variantları ilə müştərilərə təklif olunur. Lancia Ypsilon Ibrida, 24,500 avrodan, Ypsilon Elettrica isə 34,800 avrodan başlayan qiymətlərlə satılır.

Lancia, idman bölümünü də yenidən canlandıraraq Ypsilon HF modelini təqdim edib. Bu elektrikli hot-hatch, 240 at gücündə mühərrikə sahibdir və 100 km/saata 5,8 saniyədə çıxış edir. Ypsilon HF, geniş təkər izinə və əfsanəvi idman avtomobillərindən ilhamlanan dizayna sahibdir.

2025-ci ilin mayında bazarlarda gözlənilən Ypsilon HF-dən sonra Lancia, 2026 və 2028-ci illərdə Gamma və Delta modellərini təqdim etməyi planlaşdırır. Həmçinin, homologasiya keçmiş Ypsilon Rally 4 HF ralli avtomobili də təqdim olunub. Bu model, 90-cı illərdən bəri rally dünyasında məşhur olan Lancia markasının idman avtomobili kimi fərqlənir.

Lancia, Ypsilon Rally 4 HF ilə bərabər yenidən canlandırılmış Lancia Corse HF zavod komandasının loqotipini də təqdim edib.

Fuad Mədətov
Fins.az