AVTO

27 İyun

BMW 3 Seriyası 2024: Yenilənmiş modellər və qiymətlər

BMW 3 Seriyası, Bavariya istehsalçısı üçün əhəmiyyətli bir model ailəsidir. 1975-ci ildən bəri dünya səviyyəsində 20 milyondan çox satış edilib. Sonuncu, G20 nəsil model isə üç milyonun üstündə satılmışdır.

Fins.az xəbər verir ki, yenilənmiş modellər artıq müştərilərə yeni kuzov rəngləri təklif edir: Artctic Race Blue və Fire Red. M Sport paketi üçün yeni dizaynlı 19 düym təkər diskləri ilə təchiz olunub. BMW 3 Seriyası, dörd və altı silindrli benzin və dizel turbo mühərriklər ilə təklif olunur və bütün versiyalar üçün səkkiz pilləli avtomatik transmissiya mövcuddur.

BMW M3 Competition versiyasında güc artırılıb (530 at qüvvəsi) və daha sürətli olan 200 km/saata çatma vaxtı təkmilləşdirilib. Yenilənmiş modellərin istehsalı iyul ayında başlayacaq və qiymətləri Almaniyada məlumdur: baza sedan 46 400 avrodan, BMW M3 Competition isə 94 200 avrodan başlayır.

Fuad Mədətov
Fins.az