AVTO

13 İyun

"Honda" şirkətinin baş ofisində yoxlama aparılıb

Yaponiyanın Dövlət Torpaqlar, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi "Honda" şirkətinin baş ofisində yoxlama aparıb.

Fins.az-ın məlumatına görə, bu barədə "Kyodo" agentliyi xəbər verib.

Məlumata əsasən, buna səbəb müəyyən avtomobil modelləri üçün sınaq qaydalarının pozulması ilə bağlı şübhələrin olmasıdır.

Bildirilib ki, beş nazirlik əməkdaşı "Honda"nın qərargahında yoxlamaya başlayıb. Şirkət 2009-2017-ci illər arasında avtomobilləri səs-küyə görə sınaqdan keçirərkən pozuntular barədə məlumat verməkdə şübhəli bilinir. Bu, "Fit" də daxil olmaqla 22 modelə aiddir.

Fuad Mədətov
Fins.az