AVTO

05 İyun

Polestar Engineered illustrasiyası: Yeni Volvo XC60 və S60 modelləri

Volvo şirkəti Polestar Engineered nişanı altında yeni təkmilləşdirilmiş XC60 və S60 modellərini təqdim edir.

Fins.az xəbər verir ki, hər ikisi də T8 AWD plagin hibrid versiyalarına əsaslanır və 455 at qüvvətində gücə malikdir. Bu xüsusi versiyalarda qızılı rəngli altı porşenli supportlar, tənzimlənən Öhlins amortizatorları və əlavə gücləndiricilər kimi təkmilləşdirmələr var. Kuzovlar tutqun 3M təbəqəsi ilə örtülü və gümüş və mavi rənglərində mövcuddur.

Almaniya üçün nəzərdə tutulan bu modellərin qiyməti 80 500 və 95 000 avrodan başlayır. Hər bir modeldə cəmi 60 ədəd istehsal olunacaq.

Fuad Mədətov
Fins.az