“Tesla” təhlükəsizlik kəməri ilə bağlı xəbərdarlıq sisteminin nasazlığına görə ABŞ-da 125 227 avtomobili geri çağırır.
Bu barədə Reuters ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasının (NHTSA) press-relizinə istinadən məlumat yayılıb.
Məlumata görə, nasazlıq qəza zamanı yaralanma riskini artıra bilər.
Qurumun açıqlamasında bildirilir ki, geri çağırılma Model S (2012-ci ildən 2024-cü ilədək istehsal olunub), Model X (2015-2024-cü illər), Model 3 (2017-2023-cü illər) və Model Y (2020-2023-cü illər) elektrik avtomobillərinə şamil edilir.
Qeyd olunur ki, 125 227 avtomobil xəbərdarlıq işıqlarının və səs siqnallarının nasazlığı səbəbindən təhlükəsizlik tələblərinə əməl etmir.