AVTO

03 İyun

Mini John Cooper Works-un yeni hot-hetçbeki

Mini avtomobilləri Great Wall şirkəti ilə əməkdaşlıq edərək elektrikli Cooper J01 və Aceman modelləri ilə çox geniş bir avtomobil çeşidini təqdim edib.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, digər tərəfdən, Avropa istehsalı olan Countryman krossoveri və Cooper F66 hetçbeği klasik yanma mühərriklərinə malik olsa da, sonuncu hal-hazırda, Mini-nin "Nürburgringin 24 Saatı" marafonunda təqdim edilib. Hər iki yarış avtomobili fərqli siniflərdə yarışıb, lakin hər ikisi də güclü turbomühərriklərə malik olub.

Bu yeni hot-hetçbeğin spesifikasiyaları hələ açıqlanmayıb və əvvəlki nəsil Mini JCW modelləri kimi olacağı gözlənilir. Əvvəlki versiyalarda 2,0 litrlik turbomühərrik (231 at qüvvəsi, 320 Nm) vardı və altı pilləli mexaniki və ya səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilirdi.

Son Mini John Cooper Works Countryman krossoverində yeddi pilləli preselektiv "robot" ötürmələr qutusu olub, buna baxmayaraq, yeni hot-hetçbekdə belə bir qutunun olacağı gözlənilir.

Əlavə detallar tezliklə bilinəcək: "Nürburqrinqin 24 Saatı" marafonu 1-2 iyun tarixlərində baş tutub. İngilislər belə bir hot-hetçbekin tamamilə elektrikli olacağını da planlaşdırırlar.

Fuad Mədətov
Fins.az