AVTO

03 İyun

Changan yeni nəsil CS75 Plus modelinin görüntülərini paylaşıb

Çin şirkəti "Changan" yeni nəsil CS75 Plus modelinin görüntülərini yayınlayıb.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, bu model, Uni seriyasının istiqamətində dizayn edilmiş tam yeni görünüşlə təqdim olunub. CS75 Plus 1,5 litrlik dörd silindirli BlueCore turbo mühərrikinin 188 at gücündə olan versiyasını təklif edib.

Hal-hazırda, sertifikatlanmış iki 1,5 litrlik turbo mühərriyin versiyası mövcuddur. Standart versiya 188, əlavə olan isə 192 at gücündədir.

2019-cu ildə debüt edən Changan'ın ikinci nəsil CS75 Plus modeli mövcuddur. Çində birinci nəsil krossover modeli də satılır və aktual versiya artıq iki dəfə restaylinq keçib və 2023-cü ilin sonuna qədər 250 min ədəd satılıb.

Yeni modelin təqdimatı bu ilin ikinci yarısında gözlənilir.

Fuad Mədətov
Fins.az