Lamborghini-nin son modeli olan Temerario-nun mühərriki, yarış avtomobillərində gördüyümüz dirək valfı ilə titandan hazırlanıb.
Fins.az xəbər verir ki, bu yeni mühərrikin performansı da qeyri-adi olacaq. Saniyədə 9000 dövrə qədər işləyərək 800 at gücü verir və 4000 ilə 7000 dövr aralığında 730 Nm tork yaradır. 10.000 dövrdəki məhdudiyyəti turboşarjlı bir mühərrik üçün də çox yüksəkdir.
Elektrik dəstəkli V8 mühərriki, Lamborghini Revuelto superkarı ilə eyni sistemi paylaşır. Arxasında yerləşdirilmiş aksial elektrik mühərriki 150 at gücü və 300 Nm tork təmin edir. Ön aksda isə daha iki elektrik mühərriki mövcuddur, lakin onların xüsusiyyətləri hələ açıqlanmayıb.
Lamborghini-nin tarixinə baxdığımızda, V8 mühərriklə işləyən bir neçə idman avtomobili görmək mümkündür. 1972-dən 1988-dək istehsal olunan Urraco, Silhouette və Jalpa modelləri bu kateqoriyaya daxildir və mühərrikləri 2.0 ilə 3.5 litr həcmində olub.
Fuad Mədətov
Fins.az