Çinin Lynk Co 07 modeli martın əvvəlində baş tutan təqdimatında sonra satışa çıxarılıb.
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, CMA arxitekturasına əsaslanan 4,83-metrlik Lynk Co 07 sedanının Səma İmperatorluğundakı satışlarına start verilib. Mart ayında yeni sedanının 180 min yuandan (25 min dollar) başlayan qiymətlərlə satılacağı gözlənilsə də, indi model 6% daha ucuz təklif edilir: qiymətlər 170 min yuandan (23,5 min dollar) başlayır. Tam ötürmə təklif olunmur: sedan alternativsiz ön ötürməli hibriddir.
Ən yüksək səviyyəli Lynk Co 07 təxminən 190 min yuana (26,3 min dollar) başa gəlir, Çin dilerlərinə çatdırılmalara artıq başlanılıb. Bu model tezliklə Azərbaycan bazarında da satış debütü edə bilər. Xatırladaq ki, Lynk Co brendi əsas üstünlüyü Avropa bazarına verir.
Fuad Mədətov
Fins.az