Türkiyənin ilk elektrikli avtomobili TOGG, T10X avtomobili ilə edilən səfərlərdə istifadəçilərinə Türk Hava Yollarından (THY) mil təklif edərək yolda mil qazandıran ilk şirkət oldu.
Fins.az xəbər verir ki, istifadəçilər THY ilə əməkdaşlıq çərçivəsində C seqmentindəki ilk ağıllı avtomobili T10X ilə yol səfərləri üçün mil qazanacaq.
Mil qazanmaq üçün T10X-in yeni proqram təminatı 1.4.0 cihazda quraşdırılmalı və “Mənim Ağıllı Cihazım”da qeydiyyatdan keçməlidir. MilesSmiles üzvü olan istifadəçilər qazandıqları millərlə mükafat biletləri vermək, kabin sinfini yüksəltmək, əlavə baqaj almaq və ya mil satın alma saytında xərcləyə biləcəklər.
Qeyd edək ki, layihə çərçivəsində T10X-in qəbul edildiyi ilk gündən qət edilən kilometrlər də qiymətləndiriləcək.