AVTO

29 May

Great Wall ilk motosikletini təqdim edib

Great Wall Motor Company məşhur Honda Gold Wing tureri ilə rəqabət aparacaq Souo S2000 adlı ilk motosikletini təqdim edib.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, bu, çox böyük bir motosikletdir: onun uzunluğu - 2660 millimetr, eni - 950 millimetrdir, çəkisi isə, 400 kiloqramdan çoxdur.

Souo 2,0-litrlik səkkizsilindrli oppozit mühərriki, arxa ötürməsi olan səkkiz pilləli preselektiv “robotu”, Brembo əyləcləri və adaptiv amortizatorlarla təchiz edilib. Oturacaqların qızdırılması və avtomobilin media sistemi də var. Yardıcıları Souo S2000 baykının Gold Wing modelindən daha ucuz olacağına söz verirlər: gözlənilən qiymət diapazonu 150 mindən 200 min yuan (21-28 min dollar) arasındadır.

Fuad Mədətov
Fins.az