AVTO

29 May

Heç vaxt yalnız elektrik mühərriki ilə hərəkətə gələn Ford Mustang olmayacaq

Mustang brendi altında krossoverlərin və ya ofrouderlərin olmayacağını bildirib, lakin yaxın gələcəkdə dördqapılı versiya da işıq üzü görə bilər.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Ford şirkətinin baş direktoru Cim Farli Mustang ponikar ilə bağlı bir neçə açıqlamasında deyib.

O, söz verib ki, bu modeli çoxlu sayda modifikasiyada təklif edilən Porsche 911 sportkarı kimi bir modelə çevirməyəcək:

"Ancaq əsas şərt - belə bir modelin Mustang üslubunu və ruhunu qoruyub saxlamasıdır. Qeyd etmək gərəkdir ki, 1960-cı illərdə Mustang  modelinin dördqapılı prototipi yaradılmışdı, 2022-ci ildə isə, maslkarın cari nəslinin təqdimatı zamanı Ford brendinin baş eksteryer dizayneri Kristofer Stivens eskizlərdə sedanın mümkün görünüşünü nümayiş etdirib.

Heç vaxt yalnız elektrik mühərriki ilə hərəkətə gələn Ford Mustang olmayacaq. Eyni zamanda, modelin xarakterik xüsusiyyətlərini itirmədən və xarakterini pisləşdirmədən hibrid güc qurğularına keçməsi də istisna olunmur. “Tanrı və siyasət” icazə verdiyi müddətcə, V8 benzin mühərriki idman avtomobilinin mühərrik çeşidində qalacaq".

Ford Mustang 2024-cü ildə növbəti ildönümünü qeyd edəcək.

Fuad Mədətov
Fins.az