Bu günlərdə yeni Ducati Monster Senna modeli debüt edib.
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, motosikl əfsanəvi pilot Ayrton Sennanın dəbilqəsindən ilhamlanaraq yaradılıb. Livreya Braziliyanın dövlət bayrağını xatırladan sarı, yaşıl və mavi rənglərin birləşməsinə malikdir. Monster karbon lifindən səsboğucular, alüminiumdan ayaq dayaqları və xüsusi döymə alüminium diskləri, litium-ion batareyası və karbondan qanadlar ilə təchiz edilib. Nəticədə, baykın çəkisi standart modeldən 4,5 kiloqram azdır.
30 il əvvəl, 1994-cü il mayın 1-də Ayrton Senna San Marino Qran Prisində həlak olub - braziliyalı Formula 1 pilotu yarış zamanı onun ölümü ilə nəticələnən qəzaya düşüb. 2024-cü ildə Enzo və Dino Ferrari trekində Emilia-Romagna Qran Prisi çərçivəsində məşhur pilotun şərəfinə anım tədbirləri keçirilib və Ducati burada yeni motosikletinin təqdimatını keçirməyə qərar verib. İtalyan istehsalçısı üçqat dünya çempionunun xatirəsinə həsr edilmiş Monster Senna modelini nümayiş etdirib.
Ducati və Senna çox uzun müddət əməkdaşlıq ediblər. 1990-cı ildə, o zaman motosiklet istehsalçısının sahibi olan Klaudio Kastilioni pilota 851 SP hədiyyə etmişdi, Senna isə, Monster 900 modelinin ilk sahiblərindən biri olub. Braziliyalı ondan 1993-cü ildə, Monako Qran Prisinin qala tədbirinə getmək üçün istifadə edib. Braziliyalı pilot və italyan şirkəti Ducati 916 Senna modelini yaratmaq üçün səylərini birləşdirmiş və həmin motosikl Sennanın ölümündən bir neçə ay əvvəl nümayiş etdirib.
Fuad Mədətov
Fins.az